AZ

Əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicilərinin buraxılış mərasimi keçirilib - Vətən Naminə

">

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda Əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicilərinin buraxılışına həsr olunan mərasim keçirilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və ölkəmizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Milli Müdafiə Universitetinin rektoru kursu bitirən zabitləri müdafiə naziri general-polkovnik Zakir Həsənov və digər rəhbər heyət adından təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar və yeni müvəffəqiyyətlər arzulayıb, həmçinin kursu tədris edən professor-müəllim heyətinə öz təşəkkürünü bildirib.
Qeyd edilib ki, Azərbaycan Ordusunun peşəkar və dövrün tələblərinə uyğun zabit kadrlarının hazırlanması Ali Baş Komandanın ordu rəhbərliyi qarşısında qoyduğu prioritet məsələlərdən biridir. Hazırda hərbi təhsil sistemində aparılan islahatların, görülən işlərin Ordumuzun döyüş qabiliyyətinin və intellektual potensialının yüksəldilməsi məqsədi daşıdığı xüsusi vurğulanıb.
Daha sonra kurs birincisi tərəfindən yaş kötüyünə simvol vurulub və məzunlara nişanlar və sertifikatlar təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Seçilən
132
12
vetennamine.az

10Mənbələr