AZ

YAP Sabunçu rayon təşkilatında “27 sentyabr – Anım Günü” ilə əlaqədar olaraq tədbir keçirilib - Vətən Naminə

">

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov qeyd edib ki, Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə xalqımız misilsiz əzm və iradə nümayiş etdirərək böyük Zəfər əldə edib.  Bu qələbə ilə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılacaq sətirlərin müəllifi oldu və öz adını da tarixə əbədi yazdı.
Tədbirdə digər çıxış edənlər Azərbaycan xalqının bu tarixi uğura görə qəhrəman şəhidlərimizə, qazilərimizə və Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevə borclu olduğunu bildirdilər. Qəhrəman şəhidlərimizin qanı bahasına başa gəlmiş bu Qələbə ilə Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi.
Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Seçilən
0
21
vetennamine.az

10Mənbələr