AZ

İranda seçkilərin ikinci turu keçiriləcək

İranda keçirilən prezident seçkilərinin birinci turunda heç bir namizəd mütləq səs çoxluğu əldə edə bilməyib.

Sitat.info xəbər verir ki, məlumatı artıq İran Daxili İşlər Nazirliyi yanında Seçki Qərargahı təsdiqləyib.

Namizədlərdən heç biri 50 faizdən artıq səs toplaya bilmədiyi üçün seçkilərin ikinci turu keçiriləcək.

İkinci turda ən çox səs toplayan iki namizəd - islahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili yarışacaq.

Ümumilikdə 24,535,185 bülleten hesablanıb. Məsud Pezeşkian 10,415,991 səslə liderlik edir. İkinci yerdə 9,473,298 səslə Səid Cəlilidir. 

Seçkilərin ikinci turu iyulun 5-i baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
2
sitat.info

5Mənbələr