AZ

Ötən il Fransada irqçilik halları 32 faiz artıb

Bakı. Trend:

Parisdə fəaliyyət göstərən İnsan hüquqları komitəsininhesabatına görə, 2023-cü ildə Fransada irqçilik halları 32 faizartıb.

Trend xarici mediaya istinadən xəbər verir ki, Fransanın İnsanHüquqları üzrə Milli Məşvərət Komitəsinin (CNCDH) yaydığı yenihesabatda deyilir ki, bu ölkədə azlıqda olan bütün qruplar üçüntolerantlığın, xüsusən də yəhudi icması üçün dözümlülüyün səviyyəsiazalıb. Ən az tolerantlıq göstərilən qrup isə müsəlmanicmasıdır.

Fransa Daxili İşlər Nazirliyi də 2023-cü ildə irqçilikhallarının 32 faiz artmasını təsdiq edib. Hesabatda qeyd olunub ki,ən çox artım antisemit irqçiliyi zəminində müşahidə olunub.

CNCDH, habelə 2023-cü ildə 1 milyon insanın ən azı bir irqçihücuma məruz qaldığını qeyd edərək, oktyabrın 7-dən İsrailin Qəzzazolağına hücumları fonunda sığınacaq və miqrasiya ilə bağlıqütbləşən müzakirələr də daxil olmaqla, vəziyyətin gərginliyiniartıran amilləri təqdim edib.

Hesabatda diqqətə çatdırılır ki, artıq fransızların yarıdan çoxu– 51 faizi Fransada özünü evindəki kimi hiss etmir. Bu göstəricidədə 2022-ci ilin yazına nisbətən səkkiz pilləlik artım var.Bildirilib ki, fransızların 56 faizi hesab edir ki, ölkədəmiqrantların sayı həddindən artıqdır.

Rəqəmlər bu ilin iyununda Avropa Parlamentinə keçirilənseçkilərdə səslərin 30 faizindən çoxunu toplayan ifrat sağçı “Millibirlik” (RN) partiyasının yüksəlişi ilə bağlı siyasi və sosialatmosferin son kontekstini əks etdirir. Ultrasağçı qüvvələrinqələbəsi Fransa Prezidenti Emmanuel Makronu mərkəzçi blokununməğlubiyyətini etiraf etməyə, parlamenti buraxmağa və növbədənkənarseçkilər elan etməyə sövq edib.

Ultrasağçı siyasi lider Jordan Bardella partiyasının miqrasiyayadiqqət yetirəcəyini bildirib, həmçinin bu problemin dövlətmaliyyəsi və sosial təminat sisteminə ağır yük olduğunu vurğulayıb.O, Fransaya miqrasiya axınının qarşısını alacağına, cinayəttörətməkdə təqsirli bilinən əcnəbilərin deportasiyasınıasanlaşdırmaq üçün qanun dəyişiklikləri həyata keçirəcəyinə vəiqtisadi problemlərin həlli üçün tədbirlər görəcəyinə sözverib.

Fransada parlament seçkilərinin birinci turu iyunun 30-da vəikincisi isə iyulun 7-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
5
az.trend.az

6Mənbələr