AZ

“Paşinyan Moskvadan uzaqlaşmaq üçün ən çirkin metodlara əl atır” – Rus politoloq

“Erməni xalqı artıq döyüşmək, əziyyət çəkmək və sağ qalmaq istəmir. Erməni xalqı sadəcə yaşamaq istəyir!” Baş nazir Paşinyan bu həftə belə etiraf etdi. Onun fikrincə, yeni mərhələdə Ermənistan kimlərinsə “əbədi mübarizə aləti” olmaqdan çıxaraq öz xalqı üçün “həyatı, xoşbəxtliyi, azadlığı, təhlükəsizliyi və rifahı təmin edən alətə” çevrilməlidir.

Ermənistanın baş nazirinin sağ qalma təşəbbüsü bəzi erməni ideoloqlarının Nuhun gəmisi dövründən bəri əsrlər boyu təbliğ olunan “erməni əzəməti” haqqında mifləri məhv etdi. Onun ölkəsini “tarixi Ermənistan” kimi yox “real Ermənistan” kimi görmək istəyi çoxları üçün sürpriz oldu”.

Bizim.Media xəbər verir ki, bunu siyasi icmalçı Sergey Strokan “Moskva-Baku.ru” portalı üçün yazdığı şərhdə deyib.

Onun fikrincə, son hadisələr göstərir ki, İrəvandakı hakimiyyət xoşbəxt həyat dedikdə Ermənistanın qondarma “Avropa xalqları ailəsi”ndə başa düşür:

“Ona görə də bu gün Ermənistan üçün ən vacib məsələ “xoşbəxt Avropa”ya addım atmaq istəyinin ən qısa zamanda erməni xalqının özü tərəfindən təsdiqlənməsini təmin etməkdir. Bu ilin martında Avropa Parlamenti Ermənistana namizəd ölkə statusunun verilməsinə icazə verən qətnamə qəbul edib.

Ancaq Avropada qərarlar yalnız nəyisə tövsiyə edə bilən Avropa Parlamentində deyil, Aİ sammitlərində qəbul edilir. Xəyali üzvlük məsələsindən postsovet ölkələrinə qarşı Avropada dəfələrlə istifadə edilib. İndi də Ermənistana qarşı bu alətdən istifadə olunur. Təsadüfi deyil ki, bu həftə Latviyada səfərdə olan Ermənistan parlamentinin sədri Alen Simonyan yaxın vaxtlarda ölkəsində Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirə biləcəklərini də deyib”.

Bəs Ermənistanda referendumun baş tutmadığı indi halda Avropaya inteqrasiya prosesinə necə başlaya bilər?

Rusiyalı politoloq suala belə cavab verib:

“Bunun üçün yalnız bir yol var - Ukrayna yolu. Ermənistan da Ukrayna ilə birlikdə növbəti anti-Rusiyaya hərəkatına başlamalıdır. Nəzərə alaq ki, bu, “Avropa demokratiyası”nın ibtidai sinifində ev tapşırığının məcburi və əsas hissəsidir. Ona görə də Ermənistan anti-Rusiya kampaniyasını hər gün genişləndirir. Rəsmi İrəvan hətta məlumat yayır ki, Rusiya hərbçiləri tədricən ölkəni tərk edir.

Ermənistan rəhbərliyi Avropa İttifaqına yaxınlaşmaq üçün körpü kimi Baltikyanı ölkələri seçməsi bu mənada təəccüblü deyil. Çünki Aİ-nin tərkibində olan Macarıstan, Slovakiya və bir sıra digər ölkələrdən fərqli olaraq Baltikyanı ölkələr Moskvaya qarşı ən barışmaz, ən radikal mövqedən çıxış edir. Ona görə də Paşinyan iqtidarı Aİ-yə yaxınlaşmaq üçün çirkin və irrasional formalardan istifadə edir”.

Surxay Atakişiyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
50
bizim.media

10Mənbələr