AZ

Sabah 32 dərəcə isti olacaq

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalıvar. Şimal-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumatagörə, havanın temperaturu gecə 20-23°, gündüz 27-32° olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubətgecə 70-80%, gündüz 40-50% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağıgözlənilir. Əsasən, dağlıq və dağətəyi rayonlarda leysan olacağı,şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabirduman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabirgüclənəcək.

Havanın temperaturu gecə 18-22°, gündüz 26-31°, dağlarda gecə7-12°, gündüz 13-18° olacaq.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
49
az.trend.az

10Mənbələr