AZ

İranın yeni prezidenti ikinci turda BƏLLİ OLACAQ

İranda prezident seçkilərində heç bir namizəd çoxluğu təmin edə bilmədiyindən islahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili ikinci turda yarışacaq.

Ednews  xəbər verir ki, İran Daxili İşlər Nazirliyi yanında Seçki Qərargahı Məsud Pezeşkian və Səid Cəlilinin 2024-cü il iyulun 5-nə təyin edilmiş ikinci tura namizədliyini rəsmən təsdiqləyib.

Ümumilikdə 24,535,185 bülleten hesablanıb. Məsud Pezeşkian 10,415,991 səslə liderlik edir.

İkinci yerdə 9,473,298 səslə Səid Cəlilidir. Namizədlərdən heç biri 50 faizdən yuxarı səs çoxluğu əldə edə bilmədiyinə görə iyulun 5-i cümə günü ölkə üzrə ikinci tur seçki keçiriləcək.

Qeyd edək ki, İranda prezidentin növbədənkənar seçkilərinə iyunun 28-də yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 8:30) start verilib. Seçkilər mayın 19-da ölkə prezidenti İbrahim Rəisinin ölümü ilə əlaqədar keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
12
ednews.net

9Mənbələr