AZ

Avropa birinciliyi: Nihat Qasımov da finala yüksəldi

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçular arasında təşkil olunmuş Avropa birinciliyi davam edir.

Arena.az xəbər verir ki, ötən gün qitə birinciliyində yarımfinal mərhələsinə yekun vurulub.

Azərbaycan millisinin daha bir idmançısı bu mərhələni qələbə ilə başa vuraraq finalda iştirak hüququ qazanıb.

48 kq-da Nihat Qasımov Filip Stanoyeviçi (Serbiya) məğlub edib. O, 5:0 (30:27, 30:27, 30:26, 29:27, 30:26) hesabı ilə qalib gəlib və həlledici döyüşə yüksəlib.

Aylin Nəzərova (48 kq) yarımfinalda italiyalı Giorgia La Rosa ilə, Əminə Tağı (52 kq) Maria Semeniçiuçlə (Rumıniya) qarşılaşıb. Finala rəqibləri vəsiqə qazandığından boksçularımız bürünc medala sahib olublar.

Xatırladaq ki, daha öncə Səftər Məmmədzadə də finalda iştirak hüququ qazanıb.

Avropa birinciliyi iyunun 30-da keçiriləcək həlledici döyüşlərlə başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
34
arena.az

10Mənbələr