AZ

Beynəlxalq Valyuta Fondu Paşinyana qarşı - Narek Babayan nümunəsi

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkədə yeni oliqarx təbəqəsi yaratmaq həvəsi və fəaliyyəti beynəlxalq qurumların diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bir müddət əvvəl “Freedom House” təşkilatı bir neçə məsələ ilə bağlı erməni hökumətini sərt tənqid etmişdi. Bu dəfə isə Beynəlxalq Valyuta Fondu (BVF) Paşinyan hökumətinə mənfi qiymət verib.

“Zəngəzur Mis-Molibden Kombinatı”, “VivaCell MTS” və “Lidian Ermənistan” kimi iri müəssisələrdə dövlət payının artırılması, özəl sektora qarşı “səlib yürüşü” BVF-nin diqqətindən yayınmayıb. Fond son illərdə müxtəlif sxemlərlə payları hökumətə verilən iri şirkətlərdə dövlət payını azaltmağa çağırıb.

Fondun Paşinyan hökumətinə etinasızlığı

Əslində bu, BVF və Paşinyan hökuməti arasında ilk narazılıq deyil. Bu hal bir neçə dəfə təkrarlanıb. Ən mühüm hadisə isə 2021-ci ilin avqustunda qeydə alınıb. Sözügedən tarixdə BVF-nin qəbul etdiyi qərarla, pandemiyanın nəticələrini aradan qaldırmaq üçün Ermənistana ayrılan vəsait digər MDB ölkələrinə nisbətən xeyli az olub.

İqtisadi siyasət fırıldağı

İqtisadi siyasətin liberal və proteksionist modellərinin olduğunu nəzərə alsaq, Paşinyan hökumətinin iri müəssisələrdə dövlət payını artırması nəzəri cəhətdən proteksionizmə uyğun olduğu mənzərəsi yaradır. Əslində isə bu, hakimiyyətdə olan bəzi subyektlərin iqtisadi ambisiyalarının təmin edilməsindən başqa bir şey deyil. Proteksionist modeldə səhmləri idarə etməklə, səmərəliliyi artırmaq nəzərdə tutulur. Paşinyanın uydurduğu model isə bəzi məmurların cibini doldurmaq, yeni oliqarxiya yaratmaqdan başqa bir işə yaramır.

Hakimiyyətin liberal fərziyyələri

Əslində proteksionist iqtisadi siyasət hazırda böhran vəziyyətində olan Ermənistan iqtisadiyyatı üçün məntiqli olardı. Amma problem ondadır ki, gecə-gündüz bu barədə danışan Paşinyan hökuməti liberal iqtisadiyyat modelini dəstəklədiyini bəyan edir. Reallıqda isə liberal iqtisadi siyasətə tamamilə zidd addımlar atırlar. Dünya iqtisadiyyatında liberal xətti dəstəkləyən BVF-nin İrəvana münasibətdə sərgilədiyi mövqe də, təbii ki, Paşinyanın real və ritorik siyasətinə uyğunlaşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
8
publika.az

9Mənbələr