Türkiyənin təbii qaz idxalı aprel ayında ötən ilin eyni ayına görə 39,8% azalaraq təxminən 2 milyard 395 milyon 25 min kubmetrə enib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Enerji Bazarını Tənzimləmə Qurumunun aprel ayı üzrə “Təbii Qaz Bazarı Sektoru Hesabatı”nda deyilir.
Məlumata əsasən, idxalın 1 milyard 958 milyon kubmetri boru kəmərləri, 437 milyon 25 min kubmetri isə mayeləşdirilmiş təbii qaz (LNG) qurğuları vasitəsilə həyata keçirilib.
Aprel ayında ən çox təbii qaz idxalı 1 milyard 77 min kubmetrlə Azərbaycandan olub. Bu ölkəni 543 milyon 99 min kubmetrlə İran və 413 milyon 24 min kubmetrlə Rusiya izləyib.
Gözəl Həşimova