AZ

38 yaşlı kişi döyülərək bıçaqlanıb - Yenilənib

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, hadisə ötən gecə rayonun Kərgəlan kəndində qeydə alınıb.

Həmin kənd sakini 1986-cı il təvəllüdlü Rahim Vəliəhəd oğlu İbadov naməlum şəxs və ya şəxslər tərəfinən döyülüb, daha sonra isə bıçaqlanıb.

Ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılan R.İbadov reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Kərgəlan kənd sakini İ.Babayev saxlanılıb.

Bildirilib ki, hadisə şəxsi münasibətlər zəminində baş verib və tərəflər yeznə-qayındır.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
7
sabah.az

8Mənbələr