Bu il iyunun 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,35 bənd təşkil edib.

Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər veririk ki, bu, mayın 1-i ilə müqayisədə 0,01 bənd çox, ilin əvvəlinə nisbətən 0,13 bənd az, illik müqayisədə isə 0,57 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Report