AZ

Rusiya nümayəndə heyəti ATƏT PA-da fəaliyyətini dayandıracaq

Bakı. Trend:

Rusiya Federasiyası Federal Məclisinin palatalarının ATƏT-inParlament Assambleyasında Rusiya nümayəndə heyətinin fəaliyyətinindayandırılması ilə bağlı bəyanatının layihəsi Dövlət Dumasınatəqdim edilib.

Trend-in Rusiya mediasına istinadən xəbərinə görə, bu barədəjurnalistlərə Dumanın Beynəlxalq əlaqələr komitəsinin rəhbəri,LDPR-in lideri Leonid Slutski məlumat verib.

“Rusiya Federasiyasının ATƏT PA-da nümayəndə heyətininfəaliyyətinin dayandırılması ilə bağlı Federal Məclisin hər ikipalatasının bəyanatının layihəsi Dövlət Dumasına təqdim edilib. Bizbunu iyulun 3-də keçiriləcək plenar iclasda Federasiya Şurası iləsinxron şəkildə nəzərdən keçirməyi təklif edəcəyik”, -deyə deputatbildirib.

Slutskinin sözlərinə görə, ATƏT PA Avropa qitəsində bərabərlikvə möhkəm təhlükəsizliyin təmin edilməsi məsələlərinin müzakirəsiplatformasından ABŞ və NATO-nun anti-Rusiya gündəliyi üzərindəişləyən rusofob siyasətçilərin ruporuna çevrilib. “Rusiyadeputatları və senatorları Assambleyanın iclaslarında iştirak etməküçün iştirakçı ölkələrin ərazisinə daxil olmaq hüququndan əsassızolaraq imtina edildikdən sonra dəfələrlə viza ayrı-seçkiliyinəməruz qalıblar. Bu, Böyük Britaniyada, Polşada və sonuncu dəfəRumıniyada baş verib. Rusiya nümayəndə heyəti de-fakto səsverməhüququndan məhrum edilib, biz ATƏT PA qərarlarının hazırlanmasındaiştirak edə bilmirik. Biz də Assambleyanın iclaslarında dəfələrləhücumlarla və açıq-aşkar kobudluqla üzləşmişik”.

Slutski belə bir şəraitdə dialoq imkanlarının tükəndiyinivurğulayıb. “Biz işimizin və ATƏT PA-nın üzvlük haqqının ödənişinindayandırıldığını elan edirik. Bu müddət ərzində Assambleyanınreqlamentinə dəyişiklik edilməsi ilə bağlı Rusiya nümayəndəheyətinə zərər vurmaq məqsədi daşıyan istənilən hərəkət hüquqibaxımdan etibarsız sayılacaq”, -deyə o əlavə edib.

Dövlət Dumasının komitə rəhbərinin sözlərinə görə, ATƏT PArəhbərliyinin rusofob kursuna yenidən baxılarsa və konstruktivqarşılıqlı fəaliyyət iradəsi nümayiş etdirilərsə, Rusiya butəşkilata qayıtmaq imkanını nəzərdən keçirmək hüququnu özündəsaxlayır.

İyunun 19-da Federasiya Şurasının sədri Valentina MatviyenkoBeynəlxalq əlaqələr komitəsinə iyulun 3-də keçiriləcək növbətiplenar iclasa Rusiya nümayəndə heyətinin ATƏT PA-nın işindəiştirakının dayandırılması ilə bağlı palatanın qərar layihəsinihazırlamağı tapşırıb. O vurğulayıb ki, Assambleyanın işindəiştirakın dayandırılması qərarı ilə eyni vaxtda RusiyaFederasiyasından ATƏT PA-ya ödənişlərin də kəsilməsi barədə qərarqəbul ediləcək.

Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsi sədrininbirinci müavini Vladimir Cabarov bildirib ki, Dövlət Duması iləbirgə Rusiyanın ATƏT PA-da fəaliyyətinin dayandırılması ilə bağlıanaloji qərar aşağı palatanın plenar iclasında demək olar ki, eynivaxtda qəbul ediləcək. Onun sözlərinə görə, bundan sonra bu məsələilə bağlı Federal Məclisin hər iki palatasının rəhbərlərinin imzasıilə ATƏT PA-nın sədrinə ümumi qərarın mətni göndəriləcək.

Eyni zamanda, Dövlət Dumasının plenar iclasında sədr müaviniPyotr Tolstoy parlamentin aşağı palatasına ATƏT PA-nın işindəiştirakı və onun büdcəsinə bütün rüsumların ödənilməsinidayandırmağı təklif edib. Dövlət Dumasının sədri Vyaçeslav VolodinDumanın Beynəlxalq əlaqələr komitəsinə müvafiq sənəd hazırlamağıtapşırıb.

Bu ərəfədə Rumıniya Xarici İşlər Nazirliyinin nümayəndəsi RaduFilip bildirib ki, onun ölkəsi Rusiya və Belarus nümayəndəheyətlərinin ATƏT Parlament Assambleyasının illik sessiyasındaiştirakına icazə verməyəcək.

Assambleyanın 31-ci illik sessiyası iyunun 29-dan iyulun 3-dəkBuxarestdə keçiriləcək. Volodin Rusiya nümayəndə heyətinə vizaverilməsindən imtinanı həqiqətdən qorxmaqla əlaqələndirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
6
az.trend.az

7Mənbələr