AZ

İran İsraili məhvedici müharibə ilə hədələyib

Bakı. TurkicWorld:

İran İsrail rejiminin Livana hücum barədə təbliğatını psixoloji müharibə hesab edir.

TurkicWorld xəbər verir ki, bu barədə İranın BMT-dəki Nümayəndəliyinin "X" hesabında qeyd olunub.

"Lakin əgər genişmiqyaslı hərbi aqressiya başlayarsa, buna məhvedici müharibə ilə cavab veriləcək.

Hazırda bütün cəbhələrdən hücum da daxil olmaqla, istənilən müqavimət variantı nəzərdən keçirilir", - deyə əlavə edilib.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ Qətərdən İsrail və Hizbullah arasında münaqişənin həllinə yardım etməsini istəyib. "The Washington Post"un yaydığı məlumata görə, Qətər İsrail-Livan sərhədində Hizbullah və İsrail arasında gərginliyin azaldılmasına kömək etmək üçün Bayden administrasiyasından müraciət alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
23
turkic.world

10Mənbələr