AZ

Fransa Burkina-Fasodan qisas alır: Parisin çevriliş ssenarisi

Fransa XXI əsrdə müstəmləkə siyasəti yürüdən dövlətlər sırasında birinciliyini qoruyub saxlayır. Xalqların müstəqillik, azadlıq hərəkatını qan içində boğan, onların hüquqlarını ayaqlar altına atan bu dövlət məlum siyasətini aqressiv şəkildə davam etdirməkdədir. Dənizaşırı ərazilərində 13 ölkəni (Fransadan minlərlə kilometr uzaqda, Sakit, Atlantik və Hind okeanlarında ada-ölkələr) hələ də müstəmləkə əsarətində saxlayır.

“Sivil Avropa ölkəsi” olaraq hər kəsə dərs keçməyə çalışan Yelisey sarayı nə müstəmləkə siyasətindən əziyyət çəkən və hüquqları pozulan insanları dinləyir, nə də güzəştə gedir. Amma bir şey var ki, artıq həmin ərazilərdə yaşayanlar əvvəlki qaydada idarə olunmaq istəmirlər. Paris Qabon, Niger, Burkina-Faso kimi keçmiş müstəmləkələrindən qovulub, yeni-yeni ərazilərdə də anti-Fransa hərəkatı pik həddə çatıb. Bütün bunların baş verməsində şübhəsiz ki, indiki Fransa iqtidarının əvəzsiz rolu var. Məhz Emmanuel Makronun yarıtmaz siyasəti nəticəsində Beşinci Respublika çətin duruma düşüb.

Burkina-Faso əl çəkir, Makron yox

Özü də Fransa keçmiş müstəmləkələrini sakitcə tərk etmək istəmir. Parisin dəstəyi ilə həmin ərazilərdə dövlət çevrilişləri, qarşıdurmalar yaradılır. Fransanın keçmiş müstəmləkəsi Burkina-Fasoda baş verən son hadisələr də bunu təsdiq edir. Bu ölkədə artıq dövlət çevrilişinə cəhdlər barədə xəbərlər yayılmağa başlayıb.

Burkina-Fasonun keçid dövrü hökuməti dövlət çevrilişi şayiələri fonunda vəziyyəti nəzarətə almağa çalışır. Makron mediası ölkənin lideri İbrahim Traorenin orduda nüfuzunun sürətlə aşağı düşdüyü barədə xəbərlər tirajlayır. Fransanın hər vəchlə yenidən bölgəyə qayıtması ssenarisi də cızılır. Planını reallaşdırmaq üçün isə ölkədəki islamçı qruplaşmalardan istifadə etməyə çalışırlar. Artıq gərginliyin ilkin əlamətləri də var. Mansiladakı hərbi bazaya cihadçıların hücumu yüzlərlə hərbçinin ölümü ilə nəticələnib. Traore isə etirazçı əhval-ruhiyyənin mövcudluğunu təkzib edir.

Analitiklər dövlət çevrilişi söhbətləri fonunda repressiv addımların baş verəcəyini gözləyirlər. Antihökumət çağırışlarının Fransa xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyi də istisna edilmir. “Oxford Analytica” platformasının ekspertləri xatırladırlar ki, son vaxtlar bir sıra korpusların hərbi qulluqçuları zorakı oğurluq hallarının artması ilə üzləşiblər.

Fransız mediası iş başında

Fransa hökumətinin aparıcı ruporu “Le Monde” iddia edir ki, bölgədə “Əl-Qaidə”nin yerli bölməsi aktivləşib. Belə götürdükdə, tanış ittihamdır. Qərb dövlətləri adətən bu tezisdən onların siyasətinə əks gedən dövlətlərə qarşı istifadə edirlər. Bu səbəbdən də gözləmək olar ki, bu yaxınlarda keçmiş fransız müstəmləkəsində qarşıdurma və gərginlik pik həddə çatacaq. Fransa da bunu gözləyir ki, bölgəyə yenidən daxil olsun.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
2
publika.az

10Mənbələr