AZ

Bu ölkədə cinayət məsuliyyəti yaşı 13-ə endirilə bilər

Argentinada cinayət məsuliyyəti yaşı 16-dan 13-ə endirilə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyinin bəyanatında bildirilib.

Qanun layihəsi ədliyyə naziri Marina Cuneo Libarona və təhlükəsizlik naziri Patrisiya Bullrix tərəfindən dəstəklənib. Qanunun məqsədi azyaşlıların kütləvi şəkildə mütəşəkkil cinayətə cəlb olunması fonunda cəzasız qalmamalarıdır.

“İndiki gəncləri 40 il əvvəlki gənclərlə müqayisə etmək olmaz. Yeni qanun ölkəmizin rifahı üçün əsas problemlərdən biri olan yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın artması ilə mübarizə olacaq”, - Ədliyyə Nazirliyindən bildirilib.

Qeyd olunur ki, 2023-cü ildə azyaşlılar 2,2 minə yaxın cinayət törədiblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
8
ikisahil.az

10Mənbələr