AZ

Türkiyənin boz siyahıdan çıxarılması xarici investisiyaları artıracaq

Bakı, TurkicWorld

Türkiyənin boz siyahıdan çıxarılması xarici investisiyaları artıracaq.

TurkicWorld xəbər verir ki, Türkiyənin Maliyyə Fəaliyyət İş Qrupunun (FATF) boz siyahısından çıxarılması ilə əlaqədar Moody's Sektor Təcrübə Lideri Mohamed Daoud açıqlama verib.

"Bu inkişafın Türkiyənin beynəlxalq aləmdə nüfuzunu artırması, potensial olaraq xarici sərmayələri, Avropa və ABŞ qurumları ilə əlaqələri gücləndirməsi gözlənilir", - deyə o bildirib.

Daoud qeyd edib ki, Türkiyənin FATF-ın boz siyahısından çıxarılmasının hökumətin və müxtəlif iqtisadi sektorların çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi istiqamətində əldə etdiyi əhəmiyyətli irəliləyişin göstəricisidir.

Xatırladaq ki, Sinqapurun sədrliyi ilə iyunun 23-28-də keçirilən Baş Assambleyadan sonra Türkiyə FATF-ın boz siyahısından çıxarılıb.

Baş Assambleya strateji çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə (AML/CFT) ilə bağlı əvvəlki qiymətləndirmələr zamanı aşkar edilən çatışmazlıqları aradan qaldıraraq siyahıdan çıxarılan Türkiyə və Yamaykanı təbrik edib.

FATF-ın Baş Assambleyası Türkiyə və Yamaykanın artıq FATF-in gücləndirilmiş monitorinq prosesinə tabe olmamasına qərar verib.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
1
turkic.world

2Mənbələr