AZ

"Azərbaycan Qarabağın və Şərqi Zəngəzuru bərpa etmək üçün ABŞ-nin dəstəyinə ümid edir"- Samir Şərifov

Image

Azərbaycan ABŞ-yə COP29 çərçivəsində dəstəyə görə təşəkkür edir. Trend xəbər verir ki, bunu bu gün maliyyə naziri Samir Şərifov ABŞ-nin Müstəqillik Bəyannaməsinin imzalanmasının 248-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

"COP29-un sədri kimi Azərbaycan iqlim dəyişikliyi ilə mübarizəyə öz töhfəsini verir. Biz inanırıq ki, ABŞ COP29 məqsədlərinin həyata keçirilməsinə və maliyyə məsələlərinin həllinə mühüm töhfə verə bilər", - o əlavə edib.

Nazirn deyib ki, Azərbaycan Qarabağın və Şərqi Zəngəzuru bərpa etmək üçün ABŞ-nin dəstəyinə ümid edir

"Biz Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi istiqamətində Azərbaycanın səylərinə ABŞ-nin dəstəyini yüksək qiymətləndiririk. Biz qısa zamanda sülhə nail olmaq istəyimizi nümayiş etdiririk. ABŞ-nin Azərbaycanın regionda aparıcı rolunu tanıması əlaqələrimizin əhəmiyyətini artırır. Ümid edirik ki, ABŞ Azərbaycanın Qarabağ və Şərqi Zəngəzuru bərpa etmək, bu bölgələrdə iqtisadiyyatı bərpa etmək və ölkə iqtisadiyyatına yenidən inteqrasiya etmək səylərini dəstəkləyəcək", - o bildirib.

Şərifov əlavə edib ki, ümumi səylər etibarlı tərəfdaşlıq münasibətlərinin formalaşmasına yönəlib.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
5
baki-xeber.com

6Mənbələr