"Qarabağ"la müqaviləsinin müddəti başa çatan və komandanın bir müddətdir başlayan məşqlərinə qoşulmayan Abdullah Zubir Azərbaycana qayıdıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, o, artıq komandanın bugünkü məşqində də iştirak edib.
Məlumatı Ağdam təmsilçisinin baş direktoru Əmrah Çəlikəl təsdiqləyib.
2023-cü ilin yanvarında "Krasnodar"a satılan Kadiyə gəlincə, 27 yaşlı yarımmüdafiəçi ilə danışıqlar davam etdirilir. Rusiya klubundan ayrılmaq istədiyini rəhbərliyə çatdıran braziliyalının qarşıdakı mövsümə "köhlən-atlar"ın sıralarında başlamaq ehtimalı az deyil. Bu yöndə hər şey yaxın günlərdə dəqiqləşəcək.
Qeyd edək ki, "Qarabağ" 32 yaşlı Zubirə 2+1 illik müqavilə təklif edib.
Nihat