AZ

Quterreş Qazaxıstana səfər edəcək

BMT-nin baş katibi Antonio Quterreş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astana şəhərinə gedəcək.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bildirib.

BMT-nin baş katibi sammitdə iştirak etmək və kənarda danışıqlar aparmaq üçün Astanaya rəsmi səfər edəcəyini təsdiqləyib.

“Mənim CARICOM kimi kiçik təşkilatlardan tutmuş dünya əhalisinin yarıdan çoxunu əhatə edən Şanxay Əməkdaşlıq Təşkilatına qədər digər təşkilatlarla görüşlərim olacaq”, – Quterreş bildirib.

ŞƏT sammiti 2024-cü il iyulun 3-4-də Astanada keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
nocomment.az

2Mənbələr