AZ

BVF Kiyevə 2,2 milyard dollar ayrılmasını təsdiqləyib

Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya maliyyə yardımı proqramının dördüncü təftişini başa çatdırıb və 2,2 milyard dollar həcmində yeni tranşın ayrılmasını təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.

Qeyd olunur ki, son yardım paketi nəzərə alınmaqla, BVF-nin Kiyevə ayırdığı kredit vəsaitlərinin ümumi həcmi 7,6 milyard dollar təşkil edəcək.

BVF-nin Ukraynaya 1,1 milyard dollar məbləğində sonuncu tranşı mayın əvvəlində köçürülüb.

Seçilən
80
qafqazinfo.az

1Mənbələr