AZ

Rumıniya Norveçdən daha üç F-16 qırıcısı aldı

Rumıniyanın Norveçdən aldığı 3 ədəd F-16 “Fighting Falcon” təyyarəsi Kımpiya-Turziy (Kluj qraflığı) şəhərindəki 71-ci “General Emanuil İonesku” aviabazasına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Milli müdafiə naziri Andjel Tılvar deyib ki, qırıcıların alınması milli hava məkanını qorumaq üçün missiyaları yerinə yetirməklə Rumıniyanın və NATO-nun şərq cinahının təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirəcək.

Qırıcılar aviabazada yerləşən 48-ci qırıcı eskadrilya ilə xidmətə daxil olacaq. Beləliklə, Rumıniya indiyədək Norveçdən sifariş etdiyi 32 ədəd F-16 təyyarəsindən 9-nu alıb. Bütün partiyanın gələn ilin sonuna kimi ölkəyə gətirilməsi gözlənilir.


Müəllif: Teleqraf.com
Seçilən
107
11
teleqraf.com

10Mənbələr