AZ

Daha bir dövlət "TikTok" istifadəsini məhdudlaşdırıb

Kosovo hökuməti kibertəhlükəsizliyi artırmaq məqsədilə Çin sosial media platforması "TikTok"un dövlət qurumlarında quraşdırılmasını, istifadəsini və istismarını qadağan etmək qərarına gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qərarı hökumətə təqdim edən Kosovo daxili işlər nazirinin müavini Bardhyl Dobra bildirib ki, tətbiq "kiber təhlükəsizliyi artırmaq" məqsədilə qadağan edilib. "TikTok" sosial şəbəkə xidmətlərinin fəaliyyətini dayandırmaq üçün dövlət qurumlarının lazımi texniki məhdudiyyətlər qoymalı olduğunu deyən Dobra, bütün dövlət məmurlarının "TikTok" tətbiqini və quraşdırma fayllarını rəsmi cihazlardan silmək məcburiyyətində olduğunu vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
operativmm.az

3Mənbələr