AZ

Rusiyadan Yaponiyaya sərt xəbərdarlıq

Rusiya sərhəd yaxınlığında hərbi təlimlər keçirmək planlarına görə Yaponiya tərəfinə etiraz edib və müdafiə qabiliyyətini gücləndirmək üçün adekvat cavab tədbirləri görəcəyi barədə xəbərdarlıq edib.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “İyunun 28-də Yaponiyanın Rusiyadakı səfirliyinə Yaponiya hakimiyyətinin Almaniya və İspaniya ilə Hokkaydo adasında, sərhədə yaxın ərazilərdə iyulun 19-dan 25-dək hərbi təlimlər keçirmək planları ilə bağlı kəskin etiraz edilib.

“Biz vurğuladıq ki, baş nazir Fumio Kişida administrasiyasının məsuliyyətsiz siyasəti Tokionu Şimal-Şərqi Asiyada və bütövlükdə Asiya-Sakit Okean regionunda gərginliyin təhlükəli eskalasiyası yoluna sürükləyir. Rusiya Federasiyası müdafiə qabiliyyətini gücləndirmək və suverenliyini qorumaq üçün adekvat cavab tədbirləri görəcək,” - deyə bildirilib.

Seçilən
84
2
manset.az

3Mənbələr