AZ

Azərbaycan və Ermənistan arasında sülh sazişi regionda görünməmiş sabitlik yaradacaq

Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması istiqamətində tarixi fürsət yaranıb.

Publika.az xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi ABŞ-nin Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxışında deyib.

O bildirib ki, iki ölkə arasında tərəfdaşlıq diqqətəlayiq tarixə malikdir.

"Azərbaycan müstəqilliyini yenə qazandıqdan bəri Birləşmiş Ştatlar təhsil və iqtisadi inkişafı gücləndirmək, münaqişədən əziyyət çəkən məcburi köçkünlərə kömək etmək və ölkəni öldürücü minalardan azad etmək üçün 1 milyard dollardan çox vəsait təmin edib. Biz gələcəkyönümlü tərəfdaşlıqlar da axtarırıq. Biz Azərbaycan və region üçün sülh, tərəqqi və təhlükəsizliyi təmin edən daha dərin gələcək tərəfdaşlıq arzu edirik. Bu ay azərbaycanlı tərəfdaşlarımız mənə məlumat verdilər ki, bir neçə həftə əvvəl Rusiya qoşunlarının Azərbaycan ərazilərini tərk etməsindən sonra Sovet İttifaqı dağıldıqdan bəri ilk dəfə ölkə ərazisində xarici dövlətlərin qoşunları yoxdur. Eyni zamanda, Azərbaycan və Ermənistan sərhəd demarkasiyasına başlayıb, saxlanılan şəxslərin mübadiləsinə dair danışıqlar aparıb və sülh sazişinin imzalanmasına həmişəkindən daha yaxın olduqlarını açıq şəkildə bildiriblər. Birləşmiş Ştatlar da inanır ki, bu diqqətəlayiq addımlar tarixi fürsət pəncərəsi açıb",

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
5
publika.az

10Mənbələr