AZ

Azərbaycanla ABŞ arasında əməkdaşlıq Avropanın enerji təhlükəsizliyini təmin edib - Səfir

Azərbaycanla ABŞ arasında əməkdaşlıq Avropanın enerji təhlükəsizliyini təmin edib.

Olaylar.az xəbər verir ki, bunu bu gün ABŞ-nin Müstəqillik Gününə həsr olunmuş tədbirdə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi deyib.

"ABŞ-Azərbaycan enerji əməkdaşlığının başlanğıcında ABŞ Bakı-Tbilisi-Ceyhan boru kəmərinin, eləcə də Cənub Qaz Dəhlizinin konsepsiyası, tikintisi və həyata keçirilməsinə mühüm dəstək verib. Bu layihələr bizim gözəl birgə nailiyyətlərimizdəndir. Bizim tərəfdaşlığımız olmasaydı, bu enerji infrastrukturu mövcud olmazdı və Avropanın enerji təhlükəsizliyi aşağı olardı", - o bildirib.

Diplomat qeyd edib ki, bu gün biz iki ölkə arasında enerji sektorunda münasibətlərdə güclü, strateji əhəmiyyətli transformasiyaların şahidi oluruq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
olaylar.az

2Mənbələr