AZ

Azərbaycan və Ermənistan arasında sülh sazişi regionda görünməmiş sabitlik yaradacaq - Mark Libbi

Azərbaycan və Ermənistan arasında sülh sazişi regionda görünməmiş sabitlik yaradacaq

Trend xəbər verir ki, bunu bu gün ABŞ-nin Müstəqillik Gününə həsr olunmuş tədbirdə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi deyib.

"Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası prosesinə başlayıb və sülh sazişinin imzalanmasına həmişəkindən daha yaxın olduqlarını açıq şəkildə bəyan ediblər", - o deyib.

Səfir vurğulayıb ki, Birləşmiş Ştatlar bu addımların tarixi fürsət pəncərəsi açdığına inanır.

"Birləşmiş Ştatlar hər iki tərəfi bu fürsətdən istifadə etməyə təşviq etməyə davam edəcək və biz bu prosesi asanlaşdırmaq üçün əlimizdən gələni edəcəyik", - diplomat əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
5
day.az

6Mənbələr