AZ

PSJ ondan gözünü çəkmir

PSJ rəhbərliyi Xviça Kvaratsxeliyanı heyətinə qatmaqda qərarlıdı.

“Football-plus.az” xəbər verir ki, “La Gazzetta dello Sport”un məlumatına görə, Paris klubu 23 yaşlı futbolçuya yeni müqavilə təklif edib. Sözləşmənin şərtlərinə görə, Xviça PSJ-yə keçsə, ilə 7,5 milyon avro qazanacaq. Müqavillənin müddəti isə 5 illikdi.

PSJ rəhbərliyi Xviçanın meneceri Mamuka Cuqeli ilə bir neçə dəfə əlaqə saxlayıb. Bu da var ki, “Napoli” və yeni baş məşqçi Antonio Konte Kvaratsxeliyanı komandada saxlamaq üçün cəhdlərini davam etdirir. İtaliya klubu futbolçu üçün yeni müqavilə hazırlayıb. Sözləşməyə görə, onun maaşı indikindən 3 dəfədən çox olacaq (bonuslarla birlikdə ildə 1,5 milyondan 5 milyon avroya qədər artacaq). Bundan əlavə, müddəti 2028-ci ilə qədər olan müqavilədə 120 milyon avrodan çox kompensasiya bəndi də nəzərdə tutulur. Onu da qeyd edək ki, PSJ gürcüstanlı futbolçunun transferi üçün “Napoli”yə 100 milyon avro təklif edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
football-plus.az

3Mənbələr