AZ

İsmayıllı-Lahıc avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa olunub - YENİLƏNİB

İsmayıllı-Lahıc

İsmayıllı, 28 iyun, Rəşad Türkoğlu, AZƏRTAC

İri qaya parçaları İsmayıllı-Lahıc avtomobil yolunun üzərindən təmizlənib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Uçqun zamanı zədələnən elektrik dirəkləri və naqillər də yenilənib, qəsəbə və ətraf kəndlərə elektrik enerjisinin verilişi təmin edilib.

14:06

Ötən gün iri qaya parçalarının İsmayıllı-Lahıc avtomobil yolunun hərəkət hissəsinə tökülməsi səbəbindən hər iki istiqamətdə bağlanan yolu açmaq hələlik mümkün olmayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisədən sonra əraziyə ağır texnika və canlı qüvvə cəlb edilib. İri qaya parçalarının və daşların yoldan təmizlənməsi işləri davam edir.

Ötən gündən etibarən Lahıc qəsəbəsi də daxil olmaqla, İsmayıllının bir neçə kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Uçqun zamanı ərazidən keçən elektrik dirəkləri və naqilləri də zədələnib, qəsəbə və ətraf kəndlər işıqsız qalıb.

Hazırda yolların təmizlənməsi, elektrik enerjisinin bərpa olunması üçün ərazidə iş görülür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
14
azertag.az

10Mənbələr