AZ

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirdi


Avropa İttifaqı Rusiya Federasiyasına qarşı sanksiyalar siyahısını genişləndirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan Avropa İttifaqı Şurasının qərarında deyilir.
Bildirilir ki, sanksiya siyahısına Rusiya konteyner dəmir yolu daşımalarının operatoru – “TransContainer” şirkəti, habelə onun baş direktoru Mixail Kontserev də daxil olmaqla, daha iki fiziki şəxs və dörd şirkət əlavə edilib.
Siyahıya həmçinin iş adamı Dmitri Beloqlazov və Aİ Şurasının məlumatına görə, Rusiya iş adamlarının aktivlərinin sanksiyalardan çıxarılması sxemində istifadə edildiyi iddia edilən üç şirkət də var.
Söhbət “Raiffeisenbank”a Avstriyanın “Strabag” tikinti konserninin payını satmaq üzrə uğursuz sövdələşmənin iştirakçıları olan “Titul” MMC, “İliadis” ASC və “Rasperia Trading Limited”dən gedir. Aİ şirkətlərin siyahıya daxil edilməsini onların sanksiyalardan yayınmaq cəhdi kimi izah edir. May ayında bu şirkətlər ABŞ sanksiyalarına məruz qalıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
yeniavaz.com

2Mənbələr