AZ

Biləsuvarda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Biləsuvar, 28 iyun, İlkin Adıyev, AZƏRTAC

Biləsuvarda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlar Bakı şəhəri sakini İsmayılzadə Anar Bağış oğlu (1977-ci il), Biləsuvar rayonu sakinləri Ağayeva Xatirə Orucəli qızı (1984-cü il), Zeynalova Sürmiyə Rafinə qızı (1978-ci il), Hüseynova Səyyarə Rahib qızı (1992-ci il), Salmanova Mehriban Abdulla qızı (1968-ci il), Əliyeva Şəhla Ağasən qızı (1974-cü il), Məmmədova Cəmalə Gülağa qızı (1982-ci il), Mayılova Safura Zülfüqar qızı (1973-cü il), Bayramova Zəhra Elçin qızı (2009-cu il), Məmmədova Aygün Gülağa qızı (1984-cü il), Quliyev Arif Nadir oğlu (1960-cı il), Mustafayeva Aygün Rafiq qızıdır (1991-ci il).

Faktla bağlı araşdırmalar davam etdirilir.

16:42

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yolayrıcında mikroavtobusla minik avtomobili toqquşub.

Qəzada 10-dan çox şəxsin yaralandığı bildirilir. Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
6
azertag.az

8Mənbələr