AZ

ABŞ rəsmisindən COP29-la bağlı açıqlama - "Azərbaycanın irəliləyişi bizi ruhlandırır..."

Image

COP29 iqlim dəyişmələri ilə mübarizədə bir çox məsələlər üzrə irəliləyiş əldə etməyə imkan verəcək. Trend xəbər verir ki, bu barədə bu gün ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Bakıda keçirilən brifinqdə deyib.

"Azərbaycanın COP29-a sədrliyini müzakirə etdik. ABŞ Azərbaycanın bu razılaşmada oynadığı rolu qətiyyətlə dəstəklədi. Mümkün qədər çox konsultasiya və texniki dəstək göstərdik. Açıq şəkildə hesab edirik ki, iqlim dəyişikliyi dünya üçün əsas çağırışdır və bu görüş bir sıra mühüm məsələlər, o cümlədən bərpa olunan yanacaq növünə keçid və iqlim dəyişmələrinin nəticələri ilə mübarizə üzrə real irəliləyiş əldə etmək imkanı verir. Bu səbəbdən Azərbaycanın bu məsələdə irəliləyişi bizi ruhlandırır", - o bildirib.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
1
baki-xeber.com

2Mənbələr