AZ

Rusiyada relsdən çıxan sərnişin qatarında 3 nəfər ölüb


7NEWS.az xəbər verir ki, Rusiyanın Komi Respublikasının Vorkuta-Novorossiysk istiqamətində hərəkət edən sərnişin qatarının relsdən çıxması ilə nəticələnən qəzanın nəticələri aydınlaşır. Rusiya İstintaq Komitəsi indiyədək 9 vaqonun relsdən çıxdığı və 232 sərnişinin olduğu qatarda 3 nəfərin cəsədinin tapıldığını açıqlayıb. Güclü yağış səbəbindən relslərin altındakı qruntun sürüşməsi və qəzaya səbəb olması ehtimal edilir. Digər tərəfdən dünən gecə baş verən qəzadan sonra edilən ilk açıqlamada 50 nəfərin yaralandığı bildirilib.

7NEWS.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
7news.az

2Mənbələr