Serbiya millisinin baş məşqçisi postuna əsas namizəd İtaliyanın “Milan” və “Yuventus” klublarının sabiq baş məşqçisi Massimiliano Alleqridir.
İdmanxeber.az-ın məlumatına görə, federasiya rəhbərliyi yığmada təcrübəli italiyalı mütəxəssisin xidmətindən yararlanmaq istəyir.
Avro-2024-də Draqan Stoykoviçin rəhbərlik etdiyi Serbiya millisi C qrupunda sonuncu yeri tutaraq, pley-offa adlaya bilməyərək turniri tərk edib.