AZ

Ağdaşda Birinci Qarabağ müharibəsinin şəhidi Yasin Əbdürəhmanovla vida mərasimi keçirilir

 

Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Yasin Şakir oğlu Əbdürəhmanovun meyitinin qalıqları Ağdaş rayonuna gətirilib.

Missiya.Az “Report”-a istinadən xəbər verir ki, şəhidin nəşi Ağdaş rayonunun Qaracan-Şıxlar kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Yasin Şakir oğlu Əbdürəhmanov 1972-ci dekabrın 23-də Ağdaş rayonunun Qaracan-Şıxlar kəndində anadan olub. O, 1992-ci il iyulun 19-da Ağdərə rayonunun Aterk kəndində itkin düşüb.

Y.Əbdürəhmanov Qaracan-Şıxlar kənd qəbiristanlığında dəfn olunacaq.

Seçilən
101
3
missiya.az

3Mənbələr