AZ

Belçika F-35 təyyarələrini vaxtında alsa, F-16-ları Kiyevə təhvil verəcək

Belçika ABŞ-dan vaxtında daha müasir F-35 təyyarələri alarsa, 2024-cü ilin sonuna kimi Ukraynaya F-16 qırıcıları tədarük etməyə başlayacaq.

525.az xəbər verir ki, bu barədə Belçikanın Baş Qərargah rəisi Mişel Hoffman deyib.

Onun sözlərinə görə, çatdırılmalara iki amil təsir edir: F-16-nın əməliyyat hazırlığını təmin edəcək kritik ehtiyat hissələrinin mövcudluğu, eləcə də F-35-in çatdırılma cədvəli. Əlavə edib ki, ilk F-35 təyyarələr 2025-ci ilin yayında Belçikayda olacaq.

Hoffman bildirib ki, Belçika artıq Danimarkaya təlimatçılar və texniki mütəxəssislər göndərməklə Ukraynanın F-16 potensialının yaradılmasına öz töhfəsini verib.

Daha əvvəl Belçikanın müdafiə naziri Lyudivin Dedonder bildirib ki, Belçika 2024-cü ilin sonu - 2025-ci ilin əvvəlində 1-2 F-35 almağı gözləyir.

Belçika və Ukrayna mayın 28-də Brüsseldə bu il 1 milyard avroya qədər hərbi təchizat və 2028-ci ilə qədər 30 köhnə Belçika F-16 təyyarəsinin Kiyevə təhvil verilməsini, həmçinin Ukrayna Silahlı Qüvvələrinin təlimi üçün səylərin gücləndirilməsini əhatə edən 10 illik təhlükəsizlik sazişi imzalayıblar

Pərvanə Sultanova























Bizi Facebookda izləyin

Seçilən
53
2
525.az

3Mənbələr