AZ

Növbəti köç karvanı Laçına çatıbÇATDI

Laçın şəhərinə yeni köçürülən ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Xezerxeber.az xəbər verir ki, Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları yeni köçürülən ailələrə mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verib. Onlara tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyatı qurumlara xəbər vermələri tövsiyə olunub.

Köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Qeyd edək ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər köçürülüb. Bununla da Laçın şəhərinə 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
9
xezerxeber.az

10Mənbələr