AZ

Kiyevə kömək edəcəyik, ancaq qırıcı... - Tusk

İyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək NATO sammitindən əvvəl Polşa ilə Ukrayna arasında təhlükəsizlik sazişi imzalanacaq.

Sitat.info xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk AB-nin Brüssel sammitinin yekunları üzrə jurnalistlərə bildirib.

“Müqaviləmiz demək olar ki, hazırdır. Tərəflər hələlik bəzi ifadəllər üzərində razılığa gəlməyib. Polşa Kiyevə öz müdafiə qabiliyyətinin ziyanına kömək edə bilməyəcək”, - o bildirib.

Qeyd olunur ki, söhbət qırıcı təyyarələr kimi silahların tədarükündən gedir.

//Axar.az

Seçilən
107
4
sitat.info

5Mənbələr