AZ

Tələbələrə vahid tələbə kartı veriləcək

Davamlı İnkişaf Mərkəzində Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə “VISA” beynəlxalq ödəmə texnologiyaları şirkəti tərəfindən ali təhsil müəssisələrinin rəhbər heyəti üçün universitetlərdə vahid tələbə kartının yaradılması layihəsinin təqdimatı keçirilib.

Təhsilin İnkişafı Fondundan bildirilib ki, tədbirdə Elm və Təhsil Nazirliyinin tabeliyində olan, Fondla sıx əməkdaşlıq edən 9 universitetin nümayəndələri iştirak ediblər.

Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov bu ilin mart ayında Bakıda keçirilən “Visa Cashless Forum 2024 – Rəqəmsal Azərbaycan” tədbirində “VISA” ilə əməkdaşlıq razılaşması imzalandığını deyib. O, bu əməkdaşlığın məqsədinin ölkədə ali məktəb tələbələrinin sosial-maddi rifahının yaxşılaşdırılması istiqamətində bir sıra layihələrin həyata keçirilməsi olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
56
4
banco.az

7Mənbələr