AZ

Asim Xudiyev Konfrans Liqasının oyununa təyinat alıb

Asim

Bakı, 28 iyun, AZƏRTAC

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb.

AZƏRTAC xəbər verir ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Tikveş" və İslandiyanın "Breydablik" komandaları arasında keçiriləcək ilk oyunun hakim-inspektoru olacaq.

A.Xudiyev “Todor Proeski Milli Arena”sında oynanılacaq matçda Lüksemburqdan olan hakimlər briqadasının işinə qiymət verəcək.

Qeyd edək ki, görüş iyulun 11-də keçiriləcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
5
azertag.az

6Mənbələr