AZ

Azərbaycan qlobal problemlərin həllinə töhfə verir- ÖZƏL

"Bu il Azərbaycan COP29-a ev sahibliyi edir. Prezident İlham Əliyev bu ili xüsusi Sərəncamla Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edib. Azərbaycan Prezidenti qeyd edib ki, COP29-a ev sahibliyi edən ölkə kimi bizim əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır. Biz COP29 zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər".

"Olaylar" xəbər verir ki, bunu YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova deyib:

"Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin müsahibəsində toxunduğu məsələlərin həlli ilə bağlı söylədiyi fikirlər onun qlobal problemlərin həllinə töhfə vermək niyyətində olduğunu, bununla bağlı təşəbbüslər irəli sürdüyünü, görülən işlərdə dəstək vermək əzmini göstərir. Azərbaycanın hələ bir neçə il bundan əvvəl həyata keçirməyə başladığı və bu gün zəruriliyi daha yaxşı başa düşülən layihələr dövlətimizin başçısının müdrik, uzaqgörən Lider olduğunu bir daha təsdiqləyir".

Alim Hüseynli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
1
olaylar.az

2Mənbələr