AZ

İrandan Xəzər vasitəsilə Azərbaycana külli miqdarda narkotik keçirən dəstə üzvləri barəsində həbs qərarı verilib - BİRGƏ MƏLUMAT

Bir neçə gün əvvəl İrandan Xəzər vasitəsilə Azərbaycana külli miqdarda narkotik keçirməyə görə saxlanılan dəstə üzvləri barəsində həbs qərarı verilib.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Sərhəd Xidmətinin birgə məlumatında deyilir.

Məlumata görə, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Sərhəd xidmətinin birgə keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində İran İslam Respublikası vətəndaşlarının Xəzər dənizinin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini pozub xüsusilə külli miqdarda narkotik vasitəni ölkəmizə keçirmələrinin qarşısı alınıb.

İyunun 24-də, gecə saat 23 radələrində Xəzər dənizində Sumqayıt şəhəri və Yaşma qəsəbəsi istiqamətində hərəkət edən qayıqlara Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən “DAYAN” komandası verilməsinə baxmayaraq, verilmiş əmrə tabe olmayaraq, qayıqlarında özləri ilə gətirdikləri narkotik vasitələri suya ataraq qaçmağa çalışan İran İslam Respublikasının vətəndaşları 1983-cü il təvəllüdlü Nuri Əbruntən, 1984-cü il təvəllüdlü Bəhmən Kaseb və Aunəq Abdulrəhim (yaralı halda) təqibetmə əməliyyatı zamanı ələ keçirilib.

Eyni zamanda həmin vaxt həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin nəticəsində Yaşma qəsəbəsi ərazisində Azərbaycan Respublikasının vətəndaşı olan 2 nəfər mülki şəxsin - 1982-ci il təvəllüdlü Elxan Əliyev və 1976-cı il təvəllüdlü Esmira Məmmədovanın şübhəli şəkildə dəniz sahilində və suyun içində fənərlərlə işarə verərək olduqları yeri bəyan etmələri aşkar edilib və onlar saxlanılıb.

Həyata keçirilmiş davamlı əməliyyat-axtarış tədbirləri zamanı İran İslam Respublikası vətəndaşları Bəhmən Kaseb, Aunəq Abdulrəhim və Nuri Əbruntən tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilmiş narkotik vasitə olan çətənə bitkisi - 4 ədəd müxtəlif rəngli torbalarda təxminən 165 kiloqram çəkidə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi yaxınlığında aşkar edilərək götürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
45
aznews.az

10Mənbələr