AZ

İsti havalarda soyuq su içmək sağlamlığa necə təsir edir?

 
İsti havalarda sərinləmək üçün soyuq su ilə yaxalanmaq ürək sağlamlığına mənfi təsir göstərə bilər.

Bunu Trakya Universiteti Tibb Fakültəsi Kardiologiya kafedrasının müdiri Prof. Dr. Servet Altay bildirib.
“İsti havalarda bədən temperaturunun tarazlığını qorumaq üçün müxtəlif üsullar var. Bunlardan biri də soyuq su ilə sərinləməkdir. Yayda sərinləmək üçün soyuq su ilə yaxalanmaq düzgün deyil. Çünki sərinləməyə çalışarkən damar və ürək xəstəliklərinin yaranmasına səbəb ola bilərsiniz”, - deyə kardioloq qeyd edib.
Onun sözlərinə görə, soyuq su ilə çimmək xeyirdən çox zərər verir:
“Soyuq su ilə çimmək və ya buz kimi su ilə dolu vannaya girmək orqanizmə mənfi təsir göstərir. Bu zaman qan dövranı pozulur, damarlarda soyuğa görə spazm yaranır. Bədənin xarici təbəqəsində damarlardakı bu vəziyyət ani təzyiqlə balansı pozur. Qan təzyiqinin azalması və ya artması nəticəsində huşunu itirmə baş verir”.
Kardioloq ilıq suyun daha yaxşı seçim olduğunu deyib. “Soyuq suya girəcəksinizsə, bunu yavaş-yavaş, mərhələli şəkildə etməlisiniz”, - deyə həkim vurğulayıb.

Saglamolun.Az





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
5
saglamolun.az

7Mənbələr