AZ

“Sabah”ın rəqibi uduzub

“Sabah”ın Konfrans Liqasının II Təsnifat mərhələsindəki rəqibi “Makkabi” (Hayfa) yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

İdman.biz xəbər verir ki, İsrail təmsilçisi yerli “Makkabi” (Petah Tikva) üz-üzə gəlib.

Matç hayfalılar üçün yaxşı başlayıb. Lakin onlar hesabı aşsalar da, üstünlüyü qoruya bilməyiblər. Komanda yekunda 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, “Sabah” “Makkabi”yə qarşı ilk oyununu iyulun 25-də səfərdə keçirəcək. Cavab matçı 1 həftə sonra Bakıda olacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
1
idman.biz

2Mənbələr