Rusiya Federasiyası ABŞ-nin seçki proseslərinə heç vaxt müdaxilə etməyib və indi də müdaxilə etmək niyyətində deyil.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, ABŞ-nin seçki debatlarının Rusiya gündəmi ilə heç bir əlaqəsi yoxdur.
Peskov Kremlin ABŞ-da seçki debatları zamanı verilən bəyanatlarla tanış olacağını da söyləyib.
Kremlin sözçüsü Fransada seçki kampaniyasında danışıb, qeyd edib ki, Fransadakı seçki kampaniyasıın nəticəsi Moskvanı maraqlandırır, lakin bu, Parisin daxili işidir.