AZ

Narkotiklərin ziyanı ilə bağlı 2,1 milyondan artıq abunəçiyə SMS göndərilib

Narkotiklərin

Bakı, 28 iyun, AZƏRTAC

26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə təşkil edilən silsilə tədbirlərin davamı olaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu aidiyyəti qurumla birgə ilə cari il iyunun 20-də və 26-da “Bakcell” abunəçilərinə SMS şəklində zəruri bildiriş (DK İsci Qrup: Narkotiklər haqqında həqiqəti öyrənək və bilrikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xətt:802) göndərilib.

Dövlət Komissiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, SMS-lər mərhələli qaydada 6 gün ərzində təqribən 2 milyon 127 min 390 abunəçiyə ünvanlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
3
azertag.az

4Mənbələr