AZ

Nikah yaşı hətta üzrlü səbəblərə görəazaldıla bilməyəcək

Azərbaycanda nikah yaşı üzrlü səbəblərdən də 1 il azaldılmayacaq. Olaylar xəbər verir ki, bununla bağlı Ailə Məcəlləsinədəyişiklik layihəsi parlamentin bugünküiclasında III oxunuşda müzakirəyəçıxarılıb.

Mövcud qanunvericiliyə əsasən, üzrlüsəbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Dəyişikliklə qanunun bu müddəası ləğv edilir.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
36
olaylar.az

10Mənbələr