AZ

Azərbaycan bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici ölkədir

Ölkə Prezidenti İlham Əliyevin inamla həyata keçirdiyi milli maraqlara uyğun praqmatik siyasət nəticəsində Azərbaycan bu gün qlobal əhəmiyyət kəsb edən transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir. Ölkəmiz özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib. YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov bildirib ki, Prezident İlham Əliyevin "Euronews"un efirində yayımlanmış müsahibəsi ölkəmizin sahib olduğu ənənəvi və bərpaolunan enerji potensialı, bu potensialın qlobal miqyasda enerji təhlükəsizliyinin təmin olunmasına verə biləcəyi töhfələr barədə son dərəcə önəmli açıqlamalar yer almışdır: "Dövlətimizin başçısı qeyd etmişdir ki, Azərbaycan bu gün artıq təkcə ənənəvi enerji mənbələrinə deyil, həm də bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Bu amil Azərbaycanın böyük tərəfdaşları olmasına zəmin yaradıb. Hazırda "Masdar" ölkəmizin strateji tərəfdaşıdır. Həmçinin "ACWA Power" və BP sərmayədarların sırasındadır. Lakin bu tərəfdaşlarımızla əməkdaşlığın səmərəliliyini artırmaq üçün Azərbaycan özünün milli enerji şəbəkəsini gücləndirməlidir. Dövlət başçımızın dediyi kimi, bu, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmaq üçün vacibdir.
Öz müsahibəsində dövlət başçımız Bakı Enerji Həftəsinin mahiyyəti barədə açıqlama verərək bildirmişdir ki, bu tədbir artıq 30 ildir keçirilir. Birinci tədbir hələ 1994-cü ildə təşkil olunmuşdur. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbir bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir. Tədbir öncə Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını almışdır. Sonra Azərbaycan bərpaolunan enerji sahəsində də işə başladı və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi. Öz çıxışlarında Prezident İlham Əliyev Azərbaycanın 2027-ci ilin sonunda artıq 2 qiqavat bərpaolunan enerji istehsal edəcəyini bildirib. Diqqətəlayiq haldır ki, bu gücün müəyyən bir hissəsi də məhz azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində olan nəhəng su elektrik enerjisi potensialının reallaşdırılması hesabına əldə eiləcək. Bu məqsədlə 2020-ci ilin noyabrında həmin bölgələr işğaldan azad olunandan sonra bu ərazilərdə artıq 270 meqavat gücündə su elektrik stansiyaları tikilərək istismara verilib. Yaxın bir neçə il ərzində bu rəqəmin artıq 500 meqavata çatdırılacağı gözlənilir. Bu gün artıq bütün dünya qısa müddət ərzində ölkəmizdə hər istiqamətdə - neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində əldə olunan uğurları görmək imkanına malikdir".

xxx
YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev isə qeyd edib ki, ölkə başçısı "Euronews" televiziyasına müsahibəsində Azərbaycanın yaşıl gündəliyi, ölkəmizdə yaradılmış son dərəcə cəlbedici investisiya mühiti və bir çox digər mühüm məqamlar barədə detallı açıqlamalar verib: "Bildiyimiz kimi, Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Yaşıl enerjinin inkişafı və yaşıl enerjinin dünya bazarlarına çıxışı Azərbaycanın enerji siyasətinin prioritetiləri sırasındadır. Azərbaycan son illərdə enerji sektorunda əhəmiyyətli dəyişikliklər həyata keçirir. Ölkə ənənəvi neft və qaz sektorunda əldə etdiyi gəlirləri bərpaolunan enerji mənbələrinə yönəldir. Bu addımlar, Azərbaycanın COP29-a ev sahibliyi edəcək bir ölkə olaraq yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən biri olma öhdəliyini yerinə yetirməsinə kömək edir. Azərbaycanın enerji siyasətində prioritet məsələlər yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqlidir. Elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılması hədəflənir. Azərbaycanın müstəqillik tarixinə, xüsusən son 30 illik dövrə diqqət etsək, əminliklə deyə bilərik ki, ölkəmiz iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə davamlı olaraq öz töhfəsini verib. Bu gün davam edən təşəbbüslər ölkəmizin prosesdə israrlı olduğunu göstərir. Ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ölkəmizdə həyata keçirilən uzunmüddətli və məqsədyönlü siyasətin məntiqi nəticəsidir.
Prezident İlham Əliyev müsahibə zamanı bildirib ki, Azərbaycanda yaxşı sərmayə mühiti var. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir.Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun. Prezident İlham Əliyevin müsahibəsindən göründüyü kimi ölkəmizdə yaxşı sərmayə mühiti var. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir".

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
2
olaylar.az

3Mənbələr