AZ

Füzulidə ikinci yaşayış məhəlləsinin məskunlaşmasına 2025-ci ilin payızında başlanacaq - Emin Hüseynov (ÖZƏL)

Şuşa. Trend:

Füzulidə ikinci yaşayış məhəlləsinin məskunlaşmasına 2025-ciilin payızında başlanacaq.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Prezidentinin Ağdam,Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynovdeyib.

"İkinci məhəllədə tikinti işlərinə artıq başlanılıb, dördüncüməhəllədə tikintiyə isə sentyabrda başlanacağı gözlənilir. Bundansonra beşinci məhəllənin, daha sonra isə birinci və üçüncüməhəllələrin tikintisinə başlayacağıq. Niyə bu ardıcıllıqla? Çünkibu məhəllələrin hər birinin öz xüsusiyyətləri və layihələndirməişlərinin müxtəlif mürəkkəbliyi var. Fərqlər dizaynda, istifadəolunan materiallarda və landşaft xüsusiyyətlərindədir", - deyə ovurğulayıb.

E.Hüseynovun sözlərinə görə, hər bir məhəllə üzrə tikintiyəbaşlamaq, ekspertizadan keçmək və dövlət tenderlərinin keçirilməsiüçün müxtəlif müddət tələb olunur.

"Bu səbəbdən tikinti müddətləri dəyişir. Artıq proses başlayıbki, bu da özlüyündə müsbət xəbərdir. 2025-ci ilin ortalarında,avqust-sentyabr ayları ərzində ikinci məhəllədə ilk sakinlərigörəcəyik", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
4
az.trend.az

5Mənbələr