AZ

AB-də çatlaq: Meloni yeni liderlərə etiraz etdi

İtaliyanın baş naziri Meloni Aİ-nin yeni təyin olunmuş idarəçilərini dəstəkləmədiyini açıqlayıb və birliyin mövcud strukturunu sərt tənqid edib.

Turkustan.az xəbər verir ki, İtaliyanın baş naziri Giorgia Meloni, Avropa Parlamentində (AP) seçki qutusunun nəticələrinə hörmət edərək, Avropa İttifaqının (Aİ) Liderlər Zirvə toplantısında İttifaqın yeni idarəçiləri kimi təklif edilən və seçilən adları dəstəkləməmək qərarına gəldiyini bildirib.

Belçikanın paytaxtı Brüsseldə Birlik ölkələrinin dövlət və ya hökumət başçılarının iştirakı ilə keçirilən Aİ Liderlər Zirvəsində AP seçkilərinin ardınca qarşıdakı 5 ildə Aİ-ni idarə edəcək adlar müəyyənləşib.

Aİ liderləri Aİ Şurasının sədrliyinə Portuqaliyanın keçmiş baş naziri Antonio Kostanı seçiblər, Aİ Komissiyasının sədri Ursula fon der Leyenin yeni müddətdə vəzifəsini davam etdirməsini və Estoniyanın baş naziri Kaja Kallasın Aİ-nin Xarici İşlər üzrə Ali Nümayəndəsi təyin edilməsini təklif ediblər.

Bu mövzuda münasibəti ən çox maraqlanan lider olan Meloni, gecə saatlarında keçirilən iclasdan sonra X hesabında münasibətini paylaşıb. İtaliyanın baş naziri, (Avropa) Xalq Partiyası, Sosialistlər və Liberalların Avropanın zirvəsində olan yeni adlarla bağlı formalaşdırdığı təklif metod və məzmun baxımından yanlışdır. Vətəndaşlara hörmət və seçkilərdə bu vətəndaşlardan gələn rəhbərliyə görə bu təklifi dəstəkləməmək qərarına gəldim. "Biz nəhayət İtaliyaya Avropada layiq olduğu çəki vermək üçün işləməyə davam edirik" dedi.

Meloni, son AP seçkilərində sağ qanadın yüksəlişinin liderlər müəyyən edilərkən nəzərə alınmadığını müdafiə edərək, Aİ-nin hazırkı strukturunu “oliqarxiya” adlandırıb.

Meloni iyunun 26-da İtaliya parlamentində Brüsseldə keçiriləcək AB Liderlər Zirvəsinə gəlməzdən əvvəl etdiyi çıxışında Birliyi 5 il idarə edəcək adların müəyyənləşdirilməsini və digər Aİ liderlərini təklif etdikləri adlara görə sərt şəkildə tənqid edib.

Meloninin parlamentdəki tənqidlərindən sonra mətbuatda İtaliya prezidenti Sercio Mattarellanın “AB-nin qurucu tərəfdaş dövlət olan İtaliyanı görməməzlikdən gəlməməsi lazım olduğunu” dediyi xəbər yayılıb.

Digər tərəfdən, müxalifət partiyaları “Meloni və onun rəhbərlik etdiyi sağçı koalisiya İtaliyanı Avropadan təcrid etdi” kimi tənqid edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
turkustan.az

3Mənbələr